Britaniya parlamentində ilk dəfə azərbaycanlı alimin həbsindən danışılıb

14 Sentyabr 2023
Mətni dəyiş

Böyük Britaniya parlamentində ilk dəfə azərbaycanlı alimin həbsi ilə bağll müzakirə aparılıb. Parlamentdə iqtisadçı-alim Qubad İbadoğlunun pozulan hüquqları barədə danışılıb.

“Doktor Qubad İbadoğlunun Azərbaycanda vəziyyətindən yaxşı xəbərdarıq. O, görkəmli alimdir, akademik müstəqilliyi, işinin və araşdırmalarının obyektivliyi ilə fəxr ediləsi alimdir.

O, nə yazdığına, necə yazdığına görə heç kim tərəfindən qorxudula bilməz. Hazırda o, çətin vəziyyətdədir və əgər nazir bizi əmin etsə ki, Britaniya hökuməti onun ehtiyac duyduğu tibbi dəstəyi, habelə onun peşəsi ilə məşğul olmaq və rahat yaşamaq hüquqlarını təmin etmək üçün əlindən gələni edəcək mən ona minnətdar olardım” – deputat Ceremi Korbin qeyd edib. Azərbaycan rəsmiləri Britaniya parlamentindəki müzakirələrə rəy bildirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun