“Füzulidən çıxanda 11 yaşım vardı, indi qızımla qayıdıram”

18 Avqust 2023
Mətni dəyiş

“Ordan çıxanda biz 11 yaşında idik. Mən 4-cü sinfə keçmişdim. İndi mənim balaca qızım 4-cü sinfə keçir, biz Füzuliyə qayıdırıq”

Füzuli sakinləri 30 ildən sonra ilk dəfə vətənlərinə qayıdırlar. Həyəcandan gecəni yata bilmədiklərini deyən füzulililər səhərin gözü açılmamış yola düşmək üçün 4 saylı tam orta məktəbin həyətinə toplaşıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun