“Qubad İbadoğlu məhkəmədə bildirdi ki, ittihamla heç bir əlaqəsi yoxdur”

28 İyul 2023
Mətni dəyiş

Vəkil Zibeydə Sadıqova: “Qubad İbadoğlu məhkəmədə bildirdi ki, ittihamla heç bir əlaqəsi yoxdur”

Bu gün ADR sədri Qubad İbadoğlunun apellyasiya məhkəməsi keçirilib.

Məhkəmə verilən şikayəti təmin etməyib və siyasətçini həbsdə saxlayıb.

Q.İbadoğlunun ailəsi ilə telefon danışığına icazə verilmir.

Siyasətçinin ailəsi onun səhhəti ilə bağlı vəziyyətdən narahatdır.

Məhkəməyə gələn ictimai siyasi şəxslər Q.İbadoğlunun həbsinin qanunsuz olduğunu bildiriblər.

24 iyulda Q. İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. O, saxta pul satmaqda ittiham olunur. Müxalif siyasətçi ittihamı qəbul etmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun