"Prezidentə görə Bilgəh çimərliyi təmizlənir, digərlərinə kanalizasiya axıdılır"

7 İyul 2023
Mətni dəyiş

 

“Prezidentin iqamətgahı var deyə, Bilgəh çimərliyi təmizlənir, amma qalanlarına kanalizasiya suyu axıdılır”

Xəzərin sahilində yaşamaq hələ yayda dənizə girməyi əlçatan eləmir. Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin apardıqları birgə monitorinqlər nəticəsində onlar bəzi çimərliklərdən istifadəni təhlükəli sayıblar.

Amma bu ərazilərdə yaşayan sakinlər təhlükəli sularda üzməyi seçirlər. Ekofəal Kənan Xəlilzadə deyir ki, dənizə kanalizasiya suları, istehsalat tullantıları axıdılır deyə bu, bəzi yerlərdə çimməyi təhlükəli edir.

O düşünür ki, dənizin bu səmtlərini təmizləmək mümkündür, amma aiddiyyəti qurumlar məsuliyyətsiz davranır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun