Milli Məclisin sədri hesabatlara düşəcək deyə erkən nikahlarla bağlı dinləməni təxirə salmağı təklif edir
Deputat Hicran Hüseynova: "Son zamanlar erkən yaşda qızların nikaha məcbur edilməsi, həmçinin qadınların ailə-məişət zəmnində zorakılığa məruz qalması və qətlə yetirilməsi hallarına tez-tez rast gəlirik. Bu gün aktual olan məsələlər budur ki, qəbul olunmuş qanunlar, qanunlara edilmiş əlavə və dəyişikliklərin tətbiqinə az rast gəlinir. Bu baxımdan mən təklif edərdim ki, qanunların icra mexanizmində yaranmış çətinliklərlə, eyni zamanda qanunvericiliyin gender üzrə ekspertizası ilə bağlı müvafiq dövlət qurumları və vətəndaş cəmiyyətləri ilə birgə müzakirələr keçirilsin".
Milli Məclisin sədri Sahibə Qafarova: "Məndə məlumat var idi ki, siz bu barədə dinləmə keçirmək istəyirsiniz, amma tarix də Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Mən düşünürəm ki, bəlkə həmin gün siz ayrı mövzuda dinləmə keçirərdiniz? Çünki bu, hər yerdə baş alan bir şey deyil siz dediyiniz erkən nikah və s. Çünki sonra bunlar hansısa hesabatlara, məruzələrə düşür və Azərbaycanın da orada görünüşü tam da düzgün deyil. Həmin tarixdə Azərbaycan hökumətinin uşaqlara qayğısı haqqında danışmaq olar".