"Böyük sahibkarlarla əlaqə saxlayırıq ki, kiçik sahibkarlara maneə törətməsinlər"

30 May 2023
Mətni dəyiş

“Kiçik sahibkarlar təsərrüfatları üçün su tapmadıqları halda böyük aqroparklara suyun verilməsi ilə bağlı bizə də müraciət edirlər. Biz böyük sahibkarlarla əlaqə saxlayırıq ki, kiçik sahibkarlara həm imkan yaratsınlar, həm də gündəlik fəaliyyətlərində onlara maneə törətməsinlər” – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Abzas Media-nın suallarını cavablandırarkən deyib.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 2-ci Xəzər Su İnnovasiya Forumu keçirilib.

500-dən çox şirkətin, sahə üzrə mütəxəssislərin iştirakı etdiyi tədbirdə regionda su təsərrüfatının, tullantı suların idarəedilməsi, təkrar emalı kimi mövzular müzakirə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun