Saatlının nisyə yaşayan sakinləri

30 Mart 2023
Mətni dəyiş

Saatlının nisyə yaşayan sakinləri Saatlı sakini: “Pis vəziyyətdə yaşayırıq. Özümə bir şalvar ala bilmirəm. 4 balam var, saxlaya bilmirəm. Onun-bunun qabağında fəhlə işləyirəm, günə 15 manata. Mən onunla balalarımı necə saxlayım? Mağazadan gedib soruşa bilərsiniz, 6 aydır ora 500 manat borcum var, verə bilmirəm”.

Saatlının Nabadkənd kəndində demək olar ki, hər kəsin adı nisyə dəftərindədir. Kənd mağazasının satıcısı deyir ki, ona sərf etməsə də, borca mal verir.

Çalışır ki, bununla yoxsul kəndlilərinin əlindən tutsun.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun