Rusiya tutduğu mövqelərdən çəkilməsi üçün Azərbaycanla danışıqlar aparır

Rusiya tutduğu mövqelərdən çəkilməsi üçün Azərbaycanla danışıqlar aparır
27 Mart 2023
Mətni dəyiş

Azərbaycan Qarabağın erməni icmasının üzvlərini yenidən Bakıya dəvət edib


Martın 25-də Azərbaycan Müdafiə Nazirliyi Laçın dəhlizindən yan keçmək üçün nəzərdə tutulan yolun tikintisinin qarşısını almaq üçün “təcili tədbirlər” gördüyünü açıqlayıb.

Toqquşmalar və insan tələfatı barədə məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliyi 9 noyabr atəşkəs razılaşmasına zidd olaraq Azərbaycanın təmas xəttini “pozduğunu” bildirib. Rusiya Azərbaycanı sazişə əməl etməyə çağırıb. Onların sözlərinə görə, Azərbaycan ordusu Şuşa rayonunda yeni mövqelər tutub.

Xankəndinin tanınmamış qurumlarının nümayəndələri şənbə günü axşam Rusiya sülhməramlılarının Azərbaycan qoşunlarının nəzarətinə keçən təpədə mövqe tutduqlarını və onların geri çəkilməsi ilə bağlı danışıqlar apardıqlarını bildiriblər.

Tanınmamış “Dağlıq Qarabağ Respublikasının” “Xarici İşlər Nazirliyi” axşam saatlarında verdiyi bəyanatda sülhməramlı missiyanı və beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.

Cümə günü Azərbaycan Müdafiə Nazirliyi Laçın dəhlizinə yeni alternativ yolun tikintisinin görüntülərini yayıb, eyni zamanda profilaktik tədbirlər görəcəkləri barədə xəbərdarlıq edib.

Bundan əvvəl Bakı Yerevanı, Xankəndi və Rusiya sülhməramlılarını silah və erməni qoşunlarını regiona köçürmək üçün alternativ torpaq yoldan istifadə etməkdə ittiham edib. Həm Yerevan, həm də Xankəndi ittihamları qəbul etməyib. 

Tanınmamış “Dağlıq Qarabağ Respublikası"ndan bildiriblər ki,  sözügedən yol Laçın dəhlizinin bağlanması ilə əlaqədar Qarabağın qalan hissəsi ilə əlaqəsi kəsilən 4 kəndi birləşdirmək üçün istifadə edilib.

Azərbaycan rəsmiləri Laçın dəhlizini bağlamadıqlarını, humanitar məqsədlər üçün maşınların buradan keçidini təmin etdiklərini açıqlayıblar. 

2020-ci il atəşkəs sazişi Laçın dəhlizinin Şuşanın girişindən yan keçməklə yeni hissəsinin tikintisini nəzərdə tuturdu. Amma yekun razılaşdırılmış marşrut ictimaiyyətə açıqlanmayıb.

Martın 5-də Laçın-Xankəndi yolunda hər iki ölkənin itki verdiyi atışma baş verib. Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Xankəndiyə silah daşıyan maşın müəyyən edilib və maşında olan şəxs atəş açıb. 

Azərbaycan qeyd edir ki,  həmin marşrut üzrə minaların daşınması ilə əlaqədar dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar ediblər. 
Azərbaycan  Laçın-Xankəndi yolunun üzərində nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu bildirir. Ermənistan bu təkliflə razılaşmır. 

Bu arada, Azərbaycanın Prezident Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.

Bununla bağlı Prezident Administrasiyası məlumat yayıb. 

Qarabağın erməni icmasının nümayəndələri təkliflə bağlı hələlik münasibət bildirməyiblər.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun