Hadisə yerindən birbaşa yayım: Deputat güllələnib

28 Mart 2023
Mətni dəyiş

Deputat Fazil Mustafa evinin qarşısında güllələnib Millət vəkili Fazil Mustafaya Sabunçu rayonunda, yaşadığı evin qarşısında sui-qəsd cəhdi olub.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Abzas Media-ya təsdiqləyib.

“Fazil Mustafa çiynindən və ayağından güllə yarası alıb. Vəziyyəti qənaətbəxşdir. Hadisə yerinə əməliyyat-axtarış qrupu cəlb edilib. Hadisəni törətmiş şəxsin tutulması istiqamətində tədbir görülür. Fazil Mustafa xəstəxanaya yerləşdirilib”- E. Hacıyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun