"Bravo"-da baş verən silahlı hücumda şübhəli bilinən şəxslərdən biri öldürülüb

"Bravo"-da baş verən silahlı hücumda şübhəli bilinən şəxslərdən biri öldürülüb Sosial media
4 Mart 2023
Mətni dəyiş

Fəvvarələr Meydanında atışma səsləri eşidilib

Bu gün gecə saat 10 radələrində Fəvvarələr Meydanında atışma səsləri eşidilib. Vətəndaşlar bu barədə sosial şəbəkə hesablarından məlumat yayıb. Bundan sonra  Daxili İşlər Nazirliyi açıqlama verib ki,  bu gün günorta 12 radələrində "Bravo" supermarketində baş vermiş silahlı hücumda şübhəli bilinən şəxslərdən biri zərərsizləşdirilib.

"2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib. O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək"- nazirlikdən bildirilib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial media hesabından məlumat yayıb ki, supermarketə silahlı hücum etməkdə şübhəli bilinənlərdən "bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib". 

Nazirliyin sözçüsü bildirib ki, əməliyyat tədbirləri davam edir.

Martın 4-də günorta saatlarında Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən "Bravo" supermarketin girişində müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb.

Hadisə ilə bağlı Baş Prokurorluq araşdırma aparır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun