"Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyan vəzifəsindən azad edildi

"Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyan vəzifəsindən azad edildi "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyan
23 Fevral 2023
Mətni dəyiş

İlham Əliyev Münhen konfransında Vardanyanın Qarabağdan uzaqlaşdırılacağı halda erməni icması ilə danışacağını açıqlamışdı 

Tanınmamış "Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutyunyanın rəhbərliyi ilə hökumət iclası keçirilib və "dövlət naziri" Ruben Vardanyan vəzifəsindən azad edilib. 

Ermənistanın news.am saytının məlumatına görə, Arutyunyan Vardanyanın Qondarma "Dağlıq Qarabağ Respublikası" haqqında beynəlxalq məlumatlılığın artırılmasında və blokada zamanı bir çox daxili problemlərin həllində göstərdiyi səyləri yüksək qiymətləndirib.

A. Arutyunyan “baş prokuror” Qurgen Nersisyana dövlət naziri vəzifəsini təklif edib.

Arutyunyan bildirib ki, yeni dövlət nazirinin idarəçiliyinə hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyi istisna olmaqla, bütün icra hakimiyyəti orqanları daxil olacaq.

Bundan əvvəl "Past" nəşri bildirmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib.

Hakim “Vətəndaş razılığı” fraksiyasının müavini, müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan Azərbaycan prezidenti "İlham Əliyevin tələbi bununla yerinə yetirilmiş" olsa belə, Vardanyanın getməsini düzgün hesab etdiyini söyləyib.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bildirib ki, Vardanyan Qarabağdan uzaqlaşdırılacağı halda erməni icmasının nümayəndələri ilə kommunikasiya qurmağa hazırdırlar:

“Bu gün mən bunu Dövlət katibi Blinkenin iştirakı ilə erməni həmkarıma bildirdim. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin” – İlham Əliyev deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun