Onlar Laçın dəhlizinin bağlanması və regionun enerji böhranını müzakirə ediblər
Azərbaycan rəsmiləri “dövlət naziri” Ruben Vardanyanın vəzifəsindən azad edilməsindən bir gün sonra Qarabağdakı ermənilərlə görüşüblər. Onlar Laçın dəhlizinin bağlanması və regionun enerji böhranını müzakirə ediblər.
Qarabağdakı tanınmamış “hökumət” görüşlə bağlı mətbuatda yayılan məlumatları təsdiqləyib.
Rəsmi Bakı görüşdə iştirakını hələ təsdiqləməyib.
Hakim “Azad Vətən” Partiyasından olan deputat Aramayis Ağabekyan AzadlıqRadiosuna bildirib ki, görüş "gözlənilməz” deyildi və sırf texniki xarakter daşıyıb, heç bir “siyasi kontekst” ehtiva etməyib.
Bu, Ruben Vardanyanın vəzifəsindən azad edilməsindən sonra ilk dəfədir ki, Xankəndi ilə Bakı arasında danışıqlar aparılır.
Azərbaycan prezidenti İlham Əliyev Ruben Vardanyan vəzifəsindən azad edilməzdən bir neçə gün əvvəl demişdi ki, Bakı Xankəndi ilə danışıqlara hazırdır, amma Vardanyansız.
Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizi dekabrın 12-dən bağlanıb.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.