Növbədənkənar prezident seçkiləri ərəfəsində siyasi repressiyalar davam edir

19 Dekabr 2023
Mətni dəyiş

“Azərbaycan xalqı seçkilərin iştirakçısı deyil. Azərbaycan xalqı neçə illərdir ki, seçki məsələsində autdadır”.

Dekabrın 7-də ölkə başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci ildə keçirilməli olan prezident seçkiləri 14 ay əvvələ, 2024-cü il fevralın 7-nə təyin edilib.

Seçkilərin keçiriləcəyinin elanından bir müddət əvvəl başlayan təzyiq dalğası isə artmaqda davam edir. Siyasətçi Azər Qasımlı deyir ki, seçkiqabağı repressiyaların baş alıb getməsi seçkilərin qətiyyən demokratik olmayacağına dəlalət edir: “Həm mediaya qarşı təzyiqlər, həm də siyasi aktivistlərin, fəalların həbsləri ilk növbədə onu göstərir ki, bu seçkiqabağı əhval-ruhiyyə heç də demokratik deyil”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun