Məhkəmə Tofiq Yaqublu barəsində 4 ay həbs qətimkan tədbiri seçib

16 Dekabr 2023
Mətni dəyiş

Nərimanov Rayon Məhkəməsi dekabrın 15-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Dekabrın 14-də T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 və 2-ci (Saxta sənəd hazırlama və ondan bilə-bilə istifadə etmə) maddələrilə açılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Dekabrın 15-də o, şübhəli şəxsdən təqsirləndirilən şəxsə çevrilib. Tofiq Yaqublu ittihamları qəbul etmir və saxlanılmasını siyasi fəaliyyətilə əlaqələndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun