Məhkəmə Nərgiz Absalamovanı ev dustaqlığına buraxmadı

26 Dekabr 2023
Mətni dəyiş

Dekabrın 26-da Xətai Rayon Məhkəməsində “Abzas Media”nın reportyoru Nərgiz Absalamovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib. Vəkil Şəhla Hümbətova Nərgiz Absalamovanın məhkəmədə təcridxanadakı vəziyyətdən şikayətləndiyini, suyun vaxtlı-vaxtında verilmədiyini söylədiyini deyib.

Noyabrın 20-dən etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli və müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Hafiz Babalı və Nərgiz Absalamova qrup halında qaçaqmalçılıq ittihamı ilə saxlanılıblar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun