Jurnalist Teymur Kərimov barəsində 4 ay həbs qətimkan tədbiri seçildi

19 Dekabr 2023
Mətni dəyiş

Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, Teymur Kərimov 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilir.

Nemət Kərimli qeyd edib ki, "Kanal 11" internet televiziyasının rəhbəri məhkəmədə ittihamları qəbul etməyib və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun