Ayxan İsrafilovun işi üzrə məhkəməyə hazırlıq iclası təxirə salınıb

5 Dekabr 2023
Mətni dəyiş

Dekabrın 11-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilova açılan cinayət işi üzrə məhkəməyə hazırlıq iclası təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində bildirilib ki, hazırlıq iclasının təxirə salınmasına səbəb dövlət ittihamçısının məhkəməyə gəlməməsidir. “Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov barəsində avqustun 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilıb.

İsrafilov Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur. Ayxan İsrafilovun həbsi İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının fəallarının kuryerlərin hüquqlarının müdafiəsi ilə bağlı keçirdiyi etiraz aksiyasından sonraya təsadüf edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun