Afiəddin Məmmədovun ev dustaqlığına buraxılmaqla bağlı şikayəti təmin edilməyib

23 Dekabr 2023
Mətni dəyiş

Dekabrın 15-də ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun ev dustağlığına buraxılması ilə bağlı məhkəmə prosesi keçirilib.

Xətai Rayon Məhkəməsi ictimai fəalın şikayətini təmin etməyib. Xətai Rayon Məhkəməsi sentyabrın 21-də Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Gənc fəala qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. O, ittihamları qəbul etmir, həbsinin ictimai fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun