S.Vaqifqızının anası: “Sevinc bütün Azərbaycan xalqına bir nümunədir”

26 Noyabr 2023
Mətni dəyiş

S.Vaqifqızının anası: “Sevinc üçün narahat deyiləm. O güclü qızdır. Güclü olmasaydı, xarici ölkədə qalardı, bura gəlməzdi. O, bütün Azərbaycan xalqına bir nümunədir”

Bakı Apellyasiya Məhkəməsi "Abzas Media" rəhbərlərinin şikayətlərini təmin etməyib. Şikayət "Abzas Media" rəhbərliyi barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilməsi ilə bağlı idi.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktoru Ülvi Həsənli barəsində 4 ay, baş redaktor Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün həbs qətimkan tədbiri seçib. Onlar C.M.-nin 206.3.2-ci (qaçaqmalçılıq əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar. Ü.Həsənli və S.Vaqifqızı ittihamları qəbul etmir, həbslərinin korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun