Erməni əsilli Mişa: “Torpağın heç bir kvadrat metri insan həyatına dəyməz”

10 Oktyabr 2023
Mətni dəyiş

Erməni əsilli Mişa: “Torpağın heç bir kvadrat metri insan həyatına dəyməz” Gürcüstanın Marneuli rayonunda azərbaycanlılar, ermənilər və gürcülər uzun illərdir birlikdə yaşayırlar.

Kəndin sakinləri deyirlər ki, burda heç kim bir-birindən “hansı millətdənsən?” deyə soruşmur. Əsas odur dil tapıb, bir-birləri ilə anlaşırlar. “Müharibə vaxtı belə bir hadisə oldu. Mən maşınla gedirdim.

Axşam idi, maşın yox idi. Üç oğlan mənim maşınıma oturdu. Bolnisidən idilər. Maşınıma oturdular, apardım. Əlbəttə ki, pulsuz. Axşam idi. Necə gedəcəkdilər? Danışdıq. Onlar axıra kimi müharibədən, oradan-buradan danışdılar. Çox danışdılar. Dedilər, biz gürcülərlə daha yaxşıyıq. Başqa adam maşını saxlamazdı. Axırda mən dedim ki, erməniyəm. O da niyə? Qardaşım zəng elədi, erməni dilində danışdım. Bunlar şokda idilər. Bilmirdilər, artıq danışdılar, keçdi. Düşəndə “bağışla” dedilər” – bu sözləri Gürcüstanın Marneuli rayonunda yaşayan erməni əsilli Mişa Aslikyan deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun