İpoteka və Kredit Zəmanət Fondu dövlətə bir milyon manata yaxın borcu olan quruma tender verib

İpoteka və Kredit Zəmanət Fondu dövlətə bir milyon manata yaxın borcu olan quruma tender verib Fəxri Kazımov və Toğrul Piriyev (sağda)
13 Yanvar 2023
Mətni dəyiş

Hər iki qurum məsələ ilə bağlı açıqlama verməyib

İpoteka və Kredit Zəmanət Fondu 11 yanvarda Əmanətlərin Sığortalanması Fondu ilə dəyəri 42 min 480 manat olan satınalma müqaviləsi imzalayıb.

Müqavilə qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlıdır.

Dövlət Vergi Xidmətinin 11 yanvar 2023-cü ilə olan rəsmi məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun dövlətə 983 min 938 manat vergi borcu var.

“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə tenderdə iştirak edən qurumun vergi borcu olmamalıdır.

Qeyd olunan satınalma üzrə tenderin keçirilməsilə bağlı elan da verilməyib.

Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb və onun sərəncamı ilə Tural Piriyev  Fondun icraçı direktoru vəzifəsinə gətirilib.

Əmanətlərin Sığortalanması Fondu ilə əlaqə saxlayıb dövlətə vergi borcları ola-ola tenderdə necə iştirak etmələrini soruşsaq da, Fondun Emil adlı əməkdaşı AbzasMedia-nın Media Reyestrinə düşməməsini əsas gətirərək cavab verməkdən imtina edib.

İpoteka və Kredit Zəmanət Fondunun hüquq şöbəsindən bizə açıqlama veriləcəyi bildirilsə də, daha sonra məlumat verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun