Bəxtiyar Hacıyev indi də icra məmuruna müqavimət göstərməkdə ittiham olunur

Bəxtiyar Hacıyev indi də icra məmuruna müqavimət göstərməkdə ittiham olunur
13 Yanvar 2023
Mətni dəyiş

Vəkil Aqil Layıc: "Guya orada qarşıdurma olub, icra məmuru ayırmaq istəyəndə Bəxtiyar ona müqavimət göstərib"

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin “Xuliqanlıq” maddəsilə yeni ittiam irəli sürülüb.

AbzasMedia-ya bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.

“Onu Yasamal Rayon Məhkəməsinin icra məmuruna müqavimət göstərməkdə ittiham edirlər. Guya orada qarşıdurma olub, icra məmuru ayırmaq istəyəndə Bəxtiyar ona müqavimət göstərib” – deyə vəkil bildirib.

Aqil Layıc qeyd edib ki, Hacıyev aclığı davam etdirir. O, saxlanıldığı Bakı İstintaq Təcridxanasının Tibb Məntəqəsinə yerləşdirilib.

“Halsızdır, ürək döyüntüləri, təzyiqi çox aşağı düşüb, bədənində keyimələr var. Çox güman istintaq dövrü üçün həbs müddətini artıracaqlar. Özü bütün ittihamları rədd edir” – deyə Hacıyevin vəkili Aqil Layıc bildirib.

B.Hacıyev dekabrın 9-da saxlanılıb. Ona ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsi B. Hacıyev barəsində 50 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun