“Üç gündür Elçin Sadıqov nə evə zəng edir, nə də vəkilləri ilə görüşə icazə verilir”

“Üç gündür Elçin Sadıqov nə evə zəng edir, nə də vəkilləri ilə görüşə icazə verilir”
13 Sentyabr 2022
Mətni dəyiş

Elçin Sadıqovun müdafiəsinə 17 vəkil qatılıb

Vəkillər Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan vəkil Elçin Sadıqovla görüşə bilmirlər. Bu barədə Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova Turan İnformasiya Agentliyinə məlumat verib. 

Z.Sadıqova vəkillərin Elçin Sadıqovla görüşməsilə bağlı Baş Prokurorluğun açıqlamasını təkzib edib. Onun sözlərinə görə, iş üzrə müstəntiq Elçin Sadıqovun üç vəkilinin müraciətlərinə və telefon zənglərinə cavab vermir.

“Üç gündür Elçin Sadıqov nə evə zəng edir, nə də vəkilləri ilə görüşə icazə verilir. Vəkillərin Sadıqovla görüşə buraxılmaması onun yaxınlarının dərin narahatlığına səbəb olur”- Zibeydə Sadıqova qeyd edib.

Elçin Sadıqovun müdafiəsinə 17 vəkil qatılıb.

Sentyabrın 11-də Elçin Sadıqov və Əvəz Zeynallı Baş Prokurorluğun mətbuatda yayılan məlumatlar əsasında başlatdığı “rüşvət alma” işi üzrə həbs ediliblər.

Onların hər ikisi ittihamları rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun