Rusiyada səfərbərliyə etiraz edən şəxslərə polisdə hərbi komissarlığa çağırış vərəqi verilib

Rusiyada səfərbərliyə etiraz edən şəxslərə polisdə hərbi komissarlığa çağırış vərəqi verilib
22 Sentyabr 2022
Mətni dəyiş

Rusiyanın 38 şəhərində 1313-dən çox insan saxlanılıb

Moskvada sentyabrın 21-də səfərbərliyə qarşı keçirilən mitinqdə saxlanılan şəxslərə bir neçə polis idarəsində hərbi komissarlığa çağırış vərəqələri təqdim edilib. Bu barədə “OVD-İnfo” insan haqları layihəsinə saxlanılanlar məlumat veriblər.

“Yabloko” partiyasının üzvü Kirill Qonçarov Mojaysk rayonunda polis şöbəsində etirazçılardan birinə təqdim edilmiş çağırış vərəqəsini yayımlayıb.
Saxlanılanlardan birinin həyat yoldaşı “Mediazona”-ya bildirib ki, hərbi komissar çağırış vərəqəsini ərinə şəxsən verib:

“Onlar ona çağırış vərəqəsini necə təqdim etdiklərini lentə aldılar və dedilər ki, o, bunu qəbul etməyə bilməz, çünki o, Rusiya Federasiyasının vətəndaşıdır və sabah komissarlığa gəlmək məcburiyyətindədir”.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, saxlanılanlardan ən azı biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə cinayət işi ilə hədələnib.

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Rəsmilər bildirib ki, səfərbərlik 300 min şəxsə şamil olunacaq. Bundan sonra Rusiyanın hər yerində etiraz aksiyaları keçirilib. “OVD-İnfo”-nun məlumatına görə, sentyabrın 22-də səhər saatlarında Rusiyanın 38 şəhərində 1313-dən çox insan saxlanılıb. Saxlanılanların əksəriyyəti Sankt-Peterburq və Moskva şəhərlərində olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun