Rusiya XİN bəyanat yaydı: “Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilib”

Rusiya XİN bəyanat yaydı: “Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilib”
13 Sentyabr 2022
Mətni dəyiş

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında gərginliyin artması ilə bağlı bəyanat yayıb.

Qurumun rəsmi saytında yerləşdirilən məlumatda deyilir:

“Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin bəzi ərazilərində vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk.

Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”.

Bəyanatda bildirilir ki, Ermənistan rəhbərliyi KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi üçüb Rusiya hökumətinə müraciət edib. 
Rusiya XİN-i Bakı vaxtı ilə 13 sentyabr saat 10-dan etibarən atəşkəslə bağlı əldə olunan razılığa hər iki ölkənin əməl edəcəyinə ümid etdiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun