Ərdoğan: “Putin müharibəni mümkün qədər tez bitirmək istəyir”

Ərdoğan: “Putin müharibəni mümkün qədər tez bitirmək istəyir”
20 Sentyabr 2022
Mətni dəyiş

Türkiyə lideri Moskva və Kiyevin 200 məhbusun mübadiləsi ilə bağlı razılığa gəldiyini bildirib 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Vladimir Putin Ukraynadakı müharibəni tez bir zamanda bitirmək istəyir. O, bu barədə Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Rusiya Federasiyasının prezidenti ilə görüşdən sonra Amerikanın “PBS” telekanalına müsahibəsində bildirib.

“Biz Özbəkistanda Putinlə geniş müzakirələr apardıq. O, mənə bildirdi ki, müharibəni mümkün qədər tez bitirməyə hazırdır. Bu, mənim təəssüratımdır, çünki vəziyyət kifayət qədər problemli şəkildə inkişaf edir”, - Türkiyə prezidenti bildirib.

Ərdoğanın sözlərinə görə, o, “bu döyüşü sülhlə bitirməyə” çalışır. “Bu, insan itkisi ilə nəticələnən münaqişədir. İnsanlar ölür və sonda heç kim qalib gəlmir”- o əlavə edib.

Türkiyə lideri Moskva və Kiyevin 200 məhbusun mübadiləsi ilə bağlı razılığa gəldiyini də bildirib.

Daha əvvəl ŞƏT sammitində Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə görüşündə Rusiyanın Ukrayna ilə müharibəni tez bir zamanda dayandırmaq üçün hər şeyi etməyə hazır olduğunu bildirsə də, Kiyev danışıqlardan imtina edib.

Moskva ilə Kiyev arasında danışıqlar may ayında dayandırılıb. Tərəflərin son təkbətək görüşü martın 29-da İstanbulda keçirilib. Ukrayna Prezidentinin Ofisi bildirir ki, hazırda onlar Vladimir Putin və Volodimir Zelenski arasında danışıqlarda və ya şəxsi görüşdə heç bir məna görmürlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun