Qusarda həyat yoldaşını öldürdüyü iddia edilən kişi həbs edilib

Qusarda həyat yoldaşını öldürdüyü iddia edilən kişi həbs edilib
7 Sentyabr 2022
Mətni dəyiş

Sentaybrın 6-da 1995-ci il təvəllüdlü Qusar rayon sakini Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qusar Rayon Prokurorluğu açıqlama yayıb. Məlumatda deyilir ki, aparılan araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirdiyi məlum olub.

Prokurorluq bildirir ki, qadın aldığı xəsarətlərin təsirindən həyatını itirib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun