Putin: "Hərbi əməliyyatları biz başlamamışıq, ancaq başa çatdırmağa çalışırıq"

Putin: "Hərbi əməliyyatları biz başlamamışıq, ancaq başa çatdırmağa çalışırıq"
7 Sentyabr 2022
Mətni dəyiş

Vladimir Putin hesab edir ki, Rusiya Ukraynada müharibəyə başlamaqla heç nə itirməyib, ancaq öz suverenliyini möhkəmləndirib. Bu barədə Rusiya Federasiyasının prezidenti sentyabrın 7-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

O, fevralın 24-dən sonra Rusiyanın nə qazanıb, nəyi itirdiyi sualına belə cavab verib.

"Biz heç nə itirməmişik. Və heç nə itirməyəcəyik. Əsas qazanc suverenliyimizin möhkəmlənməsidir. Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır. Çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz təkan alacağıq, inkişaf tempi qazanacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib.

Və ikinci və ən vacib məsələ kimi bunu vurğulamaq istəyirəm ki, hərbi əməliyyatları biz başlamamışıq, ancaq başa çatdırmağa çalışırıq".

Putin bir daha vurğulayıb ki, Ukraynada hərbi əməliyyatlar 2014-cü ildə “öz xalqını sıxışdırmaq istəyən, bir-birinin ardınca hərbi əməliyyatlar keçirən və Donbassda yaşayan insanları soyqırıma məruz qoyanların dövlət çevrilişindən sonra” başlayıb.

Putinin sözlərinə görə, Rusiya vəziyyəti dəfərlərlə sülh yolu ilə həll etmək cəhdlərindən sonra məsələni “bilərəkdən silah gücü ilə” həll etmək qərarına gəlib. "Bizim bütün hərəkətlərimiz Donbasda yaşayan insanlara kömək etmək məqsədi daşıyır, bu, bizim borcumuzdur və biz bunu sona qədər yerinə yetirəcəyik", - Rusiya prezidenti bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun