Pensiyası dayandırılan qazi: “İki oğlum var, onları necə əsgər göndərim?”

Pensiyası dayandırılan qazi: “İki oğlum var, onları necə əsgər göndərim?”
21 Sentyabr 2022
Mətni dəyiş

“Gedim Prezident Administrasiyasının, Milli Məclisin qabağında özümü yandırım? İki oğlum var, onları necə əsgər göndərim?” - bu sözləri AbzasMedia-ya danışan Qarabağ qazisi Xəqani Əliyev deyib.

O, 2002-ci ildə hərbi xidmət keçən zaman minaya düşüb və aldığı xəsarətə görə II qrup əlillik dərəcəsi təyin edilib. Amma 2020-ci ilin dekabrından ona pensiya verilməsi dayandırılıb:

“Mən illərdir müalicədəyəm. Mərkəzi Hərbi Klinik Hospitala gedib dalaşdım ki, dərmanlarımı verin. Bir az dərman verib dedilər ki, “daha gəlmisən veririk, amma bir də verməyəcəyik. Biz xidmətdə olanları müalicə edirik və çatdırmırıq”. Dedilər ki, sən get bərpa mərkəzinə, haqqını istə”- X.Əliyev deyib.

Cəlilabad rayonunda yaşayan X.Əliyev əlillik dərəcəsinə görə 130 manat pensiya və pulsuz dərman alıb. Amma əlilliyi ləğv olunandan sonra həm puldan, həm də dərmanlardan olub:

“3 uşağım var. Bütün günü bədənim göyərir, ayaqlarım şişir. Kəllə-beyn travması almışam, gözlərim başımdan çıxır az qalsın. O pulla dərmanlarımı alırdım, Naftalana müalicəyə gedirdim. Onu da kəsdilər. Mənim günahım nədir? Mən bu dövlətə xidmət edəndə, komandirlərimin tapşırığını həyata keçirəndə bu vəziyyətə düşmüşəm”- X. Əliyev deyib.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov AbzasMedia-ya deyib ki, Xəqani Əliyev əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinə edilib. Müayinənin nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun