Paşinyandan Əliyevə: “Təəssüf ki, müsbət cavab yoxdur”

Paşinyandan Əliyevə: “Təəssüf ki, müsbət cavab yoxdur”
26 Sentyabr 2022
Mətni dəyiş

Ceyhun Bayramov : "Ermənistan normallaşma əvəzinə qarşıdurmanı davam etdirmək niyyətindədir"

Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevə ünvanladığı suala heç bir cavabın gəlmədiyini deyib. Ermənistan lideri bu barədə “Twitter”-də yazıb.

Paşinyan sentyabrın 22-də BMT-dəki çıxışı zamanı Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyıb-tanımadığı barədə sual verib.

“Cavab müsbətdirsə, o zaman sülh sazişinin əldə edilməsi prosesini davam etdirə bilərik. Təəssüf ki, müsbət cavab yoxdur. Sual budur ki, niyə?” - Paşinyan yazıb.

BMT Baş Assambleyasının sessiyasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın baş nazirinin çıxışını “erməni tərəfinin normallaşma əvəzinə qarşıdurmanı davam etdirmək niyyətində olmasının sübutu” adlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev 21 sentyabrda Laçında etdiyi çıxışında bildirib ki, “sərhədlərin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir”.  
O əlavə edib ki, bütün xəritələrdə, o cümlədən XIX, XX əsrə aid olan xəritələrdə kimin hansı torpaqlarda yerləşdiyi açıq-aydın görünür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun