Paşinyan: “Azərbaycan Ermənistanın müəyyən ərazisi üzərində nəzarəti ələ keçirib”

Paşinyan: “Azərbaycan Ermənistanın müəyyən ərazisi üzərində nəzarəti ələ keçirib”
14 Sentyabr 2022
Mətni dəyiş

N.Paşinyan bildirib ki, Ermənistan suverenliyini qorumaq üçün bütün diplomatik və hərbi-siyasi üsullardan istifadə etməlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 14-də Ermənistan Milli Assambleyasının iclasında deputatların suallarını cavablandırarkən bildirib ki, Azərbaycan onların müəyyən əraziləri üzərində nəzarəti ələ keçirib.

“Ona görə də biz KTMT-yə üz tutduq” - Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyən edilməməsi iddiası doğru deyil.

 Onun sözlərinə görə, siyasi xəritələrin hüquqi əsasları olmalıdır, əks halda bu, “xəritə deyil, rəsmdir”.

“Ermənistan və Azərbaycan SSR-ni bir-birindən ayıran sərhədlər 1991-ci ildə imzalanmış MDB-nin məqsəd və prinsipləri haqqında Almatı bəyannaməsinə uyğun olaraq müəyyən edilib. Ona görə də sərhəd var və o, Azərbaycan tərəfindən iki mərhələdə pozulub: 2021-ci ilin mayında və indi. Ermənistan isə öz suverenliyini qorumaq üçün bütün diplomatik və hərbi-siyasi üsullardan istifadə etməlidir”, - Paşinyan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun