Təmas xəttində silahlı atışmalar davam edir

Təmas xəttində silahlı atışmalar davam edir
14 Sentyabr 2022
Mətni dəyiş

Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması imzalansa da, atışmalar dayanmır.

Azərbaycan və Ermənistan müdafiə nazirlikləri bir-birini ittiham edən bəyanatlar veriblər. Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb ki, Ermənistan hərbçiləri razılaşmanı pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonlarında yerləşən bölmələrimizi minaatan və artilleriya qurğularından atəşə tutub.

Bildirilib ki, hazırda cavab tədbirləri görülür.

Ermənistan isə hərbi əməliyyatlarda Azərbaycanı ittiham edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib ki, bu gün saat 8-dən etibarən Azərbaycan hərbçiləri artilleriya, minaatan və iriçaplı atıcı silahlardan istifadə etməklə, cəbhənin xüsusilə Cermuk və Verin Şorja qəsəbələri istiqamətlərində yenidən hücum əməliyyatlarına başlayıb. Torosyan bildirib ki, Azərbaycan tərəfi Cermuk istiqamətində pilotsuz hücum aparatlarından istifadə edib. O əlavə edib ki, Azərbaycan hərbçiləri həm hərbi, həm də mülki infrastrukturu atəşə tutur.

Sentyabrın 12-i axşam saatlarından etibarən Ermənistan-Azərbaycan arasında hərbi gərginlik artıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə 50 hərbçisinin həyatını itirdiyini bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Ermənistan 49 hərbiçisini itirib və bu yekun rəqəm deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun