MN həlak olan daha 6 hərbçinin adını açıqlayıb [siyahı]

MN həlak olan daha 6 hərbçinin adını açıqlayıb [siyahı] Foto: sosial media
16 Sentyabr 2022
Mətni dəyiş

Müdafiə Nazirliyi Azərbaycanla Ermənistan arasında baş verən son qarşıdurmada həlak olan daha 6 hərbçinin adını açıqlayıb.

Beləliklə, qarşıdurmalarda həlak olan Azərbaycan hərbçilərinin sayı 77-ə çatıb.

Sentyabrın 12-dən başlayaraq Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma baş verib. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 16 sentyabrda etdiyi çıxışında itkilərinin 135 nəfərə çatdığını bildirib.

1. Baş çavuş Hüseynli Rəşad Ramiz 21.05.2000 - Dövlət Sərhəd Xidməti (Culfa rayon Yaycı kəndi)

2. Balaşzadə Röyal Atduxan 23.11.2003 - Azərbaycan Ordusu

3. Əsgər Kəlbiyev İsa Rəhim oğlu 21.09.2002 - Azərbaycan Ordusu (Cəlilabad rayon Göytəpə qəsəbəsi)

4. Əsgər Qarazadə Nicat Malik 24.10.2002 - Azərbaycan Ordusu (Yardımlı rayonu Zərgənə kəndi)

5. Əsgər Qənbərli Rəşad Əlizamin 25.06.1996 - Azərbaycan Ordusu (Cəlilabad rayon Uzuntəpə kəndi)

6. Əsgər Süleymanov Turxan İdris oğlu 20.09.2002 - Azərbaycan Ordusu

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun