Məhkəmə AXCP fəalınının ictimai işlərə cəlb olunması barədə hökm çıxarıb

Məhkəmə AXCP fəalınının ictimai işlərə cəlb olunması barədə hökm çıxarıb
6 Sentyabr 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Gülnarə Rəhimova 460 saat ictimai işlərə cəlb olunacaq.

Bu barədə qərarı sentyabrın 5-də Bakının Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva çıxarıb.

Rəhimova Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətin törədilməsi haqda böhtan), 48-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

Partiya fəalına qarşı şikayətin verilməsinə onun avqustun 11-də Facebook səhifəsində paylaşdığı yazı səbəb olub.

Belə ki, İyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında "Sərhədləri açın!" tələbilə keçirilən aksiyada Rəhimova saxlanılıb. Onun sözlərinə görə, onunla birlikdə 41-ci polis bölməsinə aparılan Əziz Məmiyevin orada döyülməsinin şahidi olub. Bütün bunlar barədə öz səhifəsində yazıb, avqustun 11-də isə Məmiyevin döyülməsində iştirak edən serjant İmanovun fotosunu paylaşıb.

İşə polis serjantının şikayəti əsasında xüsusi ittiham qaydasında baxılıb.

Rəhimova açıqlamasında heç kimi təhqir etmədiyini və işin sifarişli, qurama iş olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun