"Mehnur" mərkəzinin üç əməkdaşı ev dustaqlığına buraxılıb

"Mehnur" mərkəzinin üç əməkdaşı ev dustaqlığına buraxılıb
7 Sentyabr 2022
Mətni dəyiş

Bakının Nizami rayon məhkəməsi çərşənbə günü "Mehnur" reabilitasiya mərkəzinin üç əməkdaşının ev dustaqlığına məhkum edilməsi haqqında təqdimatı təmin edib.

Müəssisənin rəhbəri Nuranə Hacızadə, onun köməkçisi Səbinə Əliyarbəyli və psixoloq Aytac Kazımlı barəsində bu qətimkan tədbiri seçilib.

Nizami Rayon Polis İdarəsində onlara qarşı CM-in 133-cü (işgəncə) maddəsi ilə cinayət işi açılıb.

Araşdırma "Mehnur" loqopedik-defektoloji xidmət mərkəzində imkanları məhdud olan uşaqlara qarşı istehza və fiziki şiddəti əks etdirən videokadrların yayılması ilə əlaqədar başlayıb.

Müttəhimlərin nümayəndələrindən və vəkillərindən şərh almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun