Kubada eynicinsli nikahlar qanuniləşdirilib

Kubada eynicinsli nikahlar qanuniləşdirilib
27 Sentyabr 2022
Mətni dəyiş

Sənəd homoseksual cütlüklərə uşaq övladlığa götürməyə icazə verir

Kubada yeni Ailə Məcəlləsi ilə bağlı referendum keçirilib və nəticədə ölkə vətəndaşlarının demək olar ki, 67 faizi eynicinsli nikahların leqallaşdırılmasını dəstəkləyib. Bu barədə “ABC News” xəbər verir.

100 səhifəlik sənəd ölkədə 1975-ci ildən qüvvədə olan Ailə Məcəlləsini əvəzləmək üçün nəzərdə tutulub. Yeni məcəllə nikahın “iki nəfərin” birliyi kimi tərifini təqdim edir. Bundan əlavə, sənəd homoseksual cütlüklərə uşaq övladlığa götürməyə icazə verir və pulsuz olaraq surroqat analığa müraciət edildiyi təqdirdə onu tamamilə qanuniləşdirir.

Kuba prezidenti Migel Diaz-Kanel yeni məcəlləni “hər kəsə hüquq və təminat verən ədalətli, zəruri, müasir qanun” adlandırıb.

"Sevgi artıq qanundur" - Kuba Prezidenti deyib.

Yeni Ailə Məcəlləsinə baxılması üçün 25 dəfə geri qaytarılıb. Onun müddəalarına uyğun olaraq 80 minə yaxın şəhər iclası keçirilib, müzakirələr zamanı irəli sürülmüş 300 minə yaxın təklif nəzərə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun