KTMT Ermənistana “vəziyyəti qiymətləndirmək üçün” missiya göndərəcək

KTMT Ermənistana “vəziyyəti qiymətləndirmək üçün” missiya göndərəcək
14 Sentyabr 2022

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin növbəti dəfə gərginləşməsindən sonra Ermənistana öz missiyasını göndərmək qərarına gəlib. Bu barədə “İnterfaks” təşkilatın bəyanatına istinadən xəbər verir.

KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik edəcəyi missiyanın məqsədi “mövcud vəziyyətin qiymətləndirilməsi” olacaq. Missiya ittifaqın dövlət başçıları üçün payızın sonunda Yerevanda keçirilməsi planlaşdırılan sessiyada təqdim olunacaq hesabat hazırlayacaq.

Missiyanın göndərilməsi barədə qərar Ermənistanın təşəbbüsü ilə çağırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə iclasının yekunu üzrə qəbul edilib.

Sentyabrın 13-nə keçən gecə Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma baş verib.  Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib.

Ermənistan 49 hərbçisinin, Azərbaycan isə 50 hərbçisinin həlak olduğunu bildirib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun