İranın Baş Qərargah rəisi: "Bölgədəki sərhədlərdə heç bir dəyişikliyə dözməyəcəyik"

İranın Baş Qərargah rəisi: "Bölgədəki sərhədlərdə heç bir dəyişikliyə dözməyəcəyik"
22 Sentyabr 2022
Mətni dəyiş

İran Azərbaycan və Ermənistanı problemi dialoqla yoluna qoymağa çağırıb

“İran regiondakı sərhədlərdə hər hansı dəyişikliyə dözməyəcək”. Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.

İranın İRNA agentliyinin məlumatına görə, Baş Qərargah rəisi Azərbaycan və Ermənistanı problemi sülh və dialoq yolu ilə həll etməyə çağırdıqlarını qeyd edib. "Biz münaqişələr və müharibələr axtarmırıq, lakin onlarla qarşılaşmaq məcburiyyətindəyiksə də susmuruq", o deyib.

Sentyabrın 12-dən 14-dək Azərbaycanla Ermənistan arasında silahlı qarşıdurma baş verib. Hər iki tərəf bir-birini təxribat törətməkdə ittiham edib. 

Rəsmi məlumatlara görə, Ermənistan tərəfdən həlak olanların və itkin düşənlərin sayı 207 nəfərə, Azərbaycandan isə 80 nəfərə çatıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 14-də bildirib ki, beynəlxalq ictimaiyyətin iştirakı sayəsində atəşkəs haqqında razılıq əldə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun