İctimai nəqliyyatda gediş haqqının qaldırılması üçün Tarif Şurasına müraciət olunub

İctimai nəqliyyatda gediş haqqının qaldırılması üçün Tarif Şurasına müraciət olunub
26 Sentyabr 2022
Mətni dəyiş

Şirkətlər gediş haqqı üçün təklif etdikləri  qiyməti açıqlamayıblar

Sərnişindaşıma sahəsində işləyən bütün şirkətlər Tarif Şurasına birgə müraciət göndəriblər. 

“Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev AbzasMedia-ya bildirib ki, onlar Tarif Şurasından avtobusda gediş haqqının artırılmasını istəyiblər. Onlar gediş haqqı üçün təklif etdikləri qiyməti açıqlamayıblar. 

Sərnişindaşıma şirkətləri avtobusların ehtiyat hissələrinin 50 faiz, dizel yanacağının qiymətinin 33% artdığını əsas gətirərək qiymət artımını istədiklərini bildiriblər. 

Müraciətdə qeyd olunub ki, son 3 il ərzində pandemiya əhalinin sosial-iqtisadi aktivliyinin düşməsinə və sərnişin axınının kəskin azalmasına səbəb olub. 

Şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini qeyd ediblər. Onlar bu faiz rüsumunun azaldılmasını da Tarif Şurasından istəyiblər.

Tarif Şurası sonuncu dəfə 2018-ci ildə ictimai nəqliyyatda qiymətləri qaldırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun