Həbsdə müddətsiz aclığa başlayan Əhməd Məmmədli ilə görüşə icazə verilmir

Həbsdə müddətsiz aclığa başlayan Əhməd Məmmədli ilə görüşə icazə verilmir
22 Sentyabr 2022
Mətni dəyiş

Görüşə icazə verilməməyinə səbəb kimi pandemiya şəraiti göstərilib

“Demokratiya 1918” hərəkatının  sədri Əhməd Məmmədliyə yaxınları ilə görüşə icazə verilmir. 21 sentyabrda onunla görüşmək üçün DİN-in Müvəqqəti Saxlanma Məntəqəsinə yollanan hərəkatın baş katibi Samir Sultanova görüş verilməyib.

Bu barədə AbzasMedia-ya danışan S. Sultanov bildirib ki, pandemiya şəraitini əsas gətirərərək görüşə icazə verilməyib:

“Əhməd Məmmədli saxlanıldığı gündən etibarən aclıq aksiyası edir. Aclığı müddətsizdir. O, qanunsuz həbsinə etiraz edir və tələbi azadlığa buraxılmaqdır” - deyə S. Sultanov bildirib.

Əhməd Məmmədlini sentyabrın 20-də mülki geyimli polis əməkdaşları saxlayıb. Elə həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilərək 30 gün müddətinə həbs edilib. O, həbsinə səbəb kimi sosial şəbəkədə ölkə başçısı İlham Əliyevi tənqid etməsini göstərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun