Gənc fəalın İlham Əliyevlə bağlı video çəkdiyinə görə həbs olunduğu deyilir

Gənc fəalın İlham Əliyevlə bağlı video çəkdiyinə görə həbs olunduğu deyilir
24 Sentyabr 2022
Mətni dəyiş

Mahir Babayev 30 gün müddətinə inzibati həbs cəzası alıb

İctimai fəal Mahir Babayev həbs edilib. 

Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov AbzasMedia-ya  məlumat verib. 

Hüquq müdafiəçisi bildirib ki, Mahir Babayev video çəkərək prezident İlham Əliyevə müraciət edib və uşaqpulunun nə vaxt veriləcəyi ilə maraqlanıb. Bundan sonra 35-ci polis bölməsinin əməkdaşları onu saxlayıb. 

“Aldığımız məlumata görə, Mahir Babayev Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətinə azadlıqdan məhrum edilib. Hansı maddə ilə ittiham olunduğunu bilmirik” – deyə Rüfət Səfərov bildirib. 

İş günü olmadığına görə məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun