General Bəkir Orucovun barəsində həbs qətimkan tədbiri seçilib

General Bəkir Orucovun barəsində həbs qətimkan tədbiri seçilib
2 Sentyabr 2022
Mətni dəyiş

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə məhkəmədən məlumat verilib.

Bildirilib ki, məhkəmə B.Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Onun nədə ittiham olunduğu ilə bağlı hələlik rəsmi məlumat yoxdur, ancaq ehtimal olunur ki, "Tərtər işi" istintaqı çərçivəsində saxlanılıb. 

B.Orucov daha əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun