Ermənistan TŞ: “Hücum nəticəsində ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb”

Ermənistan TŞ: “Hücum nəticəsində ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb”
19 Sentyabr 2022
Mətni dəyiş

“Əsir götürülmüş və ya öldürülmüş erməni hərbçilərinin cəsədləri işgəncələrə məruz qalıb”

“Hücum nəticəsində ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb, o cümlədən 3 mülki şəxs həlak olub, 2 mülki şəxsin yeri məlum deyil, 293 hərbçi və 3 mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb”- sentyabrın 19-da Ermənistan Təhlükəsizlik Şurasının keçirdiyi iclasda qəbul etdiyi bəyanatda belə yazılıb. Bu barədə Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti “Armenpress”-ə bildirib. 

“Əsir götürülmüş və ya öldürülmüş erməni hərbçilərinin cəsədlərinin azərbaycanlılar tərəfindən işgəncələrə məruz qalması, parçalanması və bununla da qanunsuz şəkildə öldürülməsi faktları mövcuddur”- bəyanatda bildirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda qeyd olunub ki, Azərbaycan hərbçiləri Qoris, Sisian, Qapan, Cermuk, Vardenis, Teh, Geqamasar icmaları da daxil olmaqla, 36 yaşayış məntəqəsini atəşə tutub, nəticədə mülki tikililərə ziyan dəyib.

Təhlükəsizlik Şurası bəyan edib ki, Azərbaycan qoşunları Ermənistanın işğal olunmuş ərazilərindən çıxmalıdır.

Azərbaycanın rəsmi qurumları hücumları onların yol Ermənistanın başlatdığını bildiriblər. Amma Azərbaycan ordusunun hazırda hansı ərazidə olması ilə bağlı rəsmi qurumlar məlumat vermir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun