Dövlət Komissiyası: 100-ə qədər erməni hərbçisinin cəsədini birtərəfli qaydada qaytarmağa hazırıq

Dövlət Komissiyası: 100-ə qədər erməni hərbçisinin cəsədini birtərəfli qaydada qaytarmağa hazırıq
14 Sentyabr 2022
Mətni dəyiş

Azərbaycan Ermənistanı atəşkəsə əməl etməyə çağırıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistana müraciət edib. 

Müraciətdə bildirilir ki, Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə əsaslanaraq Ermənistanı atəşkəsə çağırır və 12-13 sentyabrda baş vermiş döyüşdə həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazırdır.
Müraciətdə həmçinin bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatlandırıldığı da qeyd edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 14 sentyabrda etdiyi çıxışında itkilərinin 105 nəfərə çatdığını bildirib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.
Azərbaycan Müdafiə Nazirliyi 50 hərbçisinin həlak olduğunu açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun