“Azərbaycan Ermənistan ərazisində 200 kvadrat kilometr əraziyə nəzarət edir”

“Azərbaycan Ermənistan ərazisində 200 kvadrat kilometr əraziyə nəzarət edir”
19 Sentyabr 2022
Mətni dəyiş

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu son qarşıdurmadan sonra hər iki ölkənin sərhəddində baş verən dəyişikliklərlə bağlı xəritə yayımlayıb

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu Azərbaycan və Ermənistanın rəsmi, qeyri-rəsmi mənbələrindən topladığı məlumatlar əsasında xəritə yayımlayıb. Xəritədə göstərilir ki, sentyabrın 12-dən 15-nə kimi davam edən sərhəd döyüşlərində bəzi ərazilər Azərbaycanın nəzarətinə keçib: 

“Azərbaycan Ermənistan ərazisinin 30 faizə qədərinə fiziki və vizual olaraq nəzarət etmək iqtidarındadır.  Nəzarət altına keçən ərazilərə baxdıqda, Zəngəzur və Göyçənin demək olar ki, bütün logistik-nəqliyyat əlaqələri müşahidə altına düşür”. 

İnstitut bildirib ki, Azərbaycan Ermənistan ərazisində 200 kvadrat kilometr əraziyə fiziki olaraq nəzarət edir:

“Əsgərlər ordadır, postlar qurulub. 845 kvadrat kilometr birbaşa nəzarət zonasıdır və atıcı silahların hədəfidir. 2500 kvadrat kilometr ərazi isə vizual nəzarət altındadır və ağır silahların hədəf zonasıdır” – deyə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun məlumatında qeyd olunub. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva AbzasMedia-ya bildirib ki, nazirlik yalnız rəsmi məlumatları şərh edir. O, İstitutun yaydığı xəritəni şərh edə bilməyəcəyini açıqlayıb. 

Sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan arasında hərbi gərginlik artıb. 3 gün davam edən döyüşlərdə Azərbaycan 80, Ermənistan isə 105 hərbçisini itirdiyini açıqlayıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun