“Qarabağ” FK Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

“Qarabağ” FK Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib
10 Avqust 2022
Mətni dəyiş

Avqustun 9-da Budapeştdə Macarıstanın "Ferensvaros" klubunu 3:1 hesabı ilə məğlub edən "Qarabağ"  komandası Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Bir həftə əvvəl Bakıda komandalar 1:1 hesablı heç-heçə etmişdilər.

Macarıstan paytaxtında keçirilən görüş “Qarabağ”ın hücumları ilə başlayıb. Artıq 7-ci dəqiqədə Ferencváros cərimə meydançasına daxil olan Abdella Zubir topu dəqiqliklə qapının yaxın küncünə vuruи.

İkinci hissədə, 54-cü dəqiqədə “Qarabağ” hesabda fərqi artırıb. Kadinin ötürməsindən  sonra hücumu İbrahima Vadji  uğurla tamamlayıb.

78-ci dəqiqədə Ramil Şeydayevin incə  ötürməsindən sonra Vadji  üçüncü dəfə meydan sahiblərinin qapısına yol tapıb.

Macarlar 86-cı dəqiqədə təsəlli qolunu   vurmağı bacarıb - Adam Traore fərqlənib.

Beləliklə, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib və burada onun rəqibi Çexiyanın “Viktoriya”klubu olajaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun