Nensi Pelosinin Tayvan səfəri başlayıb, Çin cavab tədbirləri görəcəyini deyir

Nensi Pelosinin Tayvan səfəri başlayıb, Çin cavab tədbirləri görəcəyini deyir
3 Avqust 2022
Mətni dəyiş

2 avqustda ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanına daxil olub. Pelosi Çin tərəfinin təyyarəni vurmaqla bağlı açıqlamalarına baxmayaraq, plnanlanan Tayvan səfərinə başlayıb. 

Səfər başladıqdan sonra həm Pelosinin özü, həm də Ağ Ev açıqlama yayaraq bildirib ki, səfər Çin üçün hansısa bir təhlükə yaratmır. 

Ancaq Çin tərəfi səfəri öz ərazi bütövlüyünün pozuntusu hesab edir və bununla bağlı cavab tədbirləri görmək üçün ordu yüksək hazırlıq vəziyyətinə gətirilib. 

Bununla bərabər, ABŞ-ın Çindəki səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz edilib. Çin qeyd edib ki, öz suverenliyi və təhlükəsizliyi üçün hərbi addımlar atmaqdan çəkinməyəcək. 

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini şəxsən şərh edib 

"Pelosinin Tayvana səfəri imperialistlərin qeyri-sivil kampaniyasının növbəti nümayişidir. Biz Amerika irticaçılarının bircə təxribatını belə qaçırmamaq üçün dünyaya geniş gözlə baxmağa davam edirik", - Çin Sədrinin bəyanatında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun