İsrail və "İslami Cihad" atəşkəs barədə razılığa gəlib

İsrail və "İslami Cihad" atəşkəs barədə razılığa gəlib
8 Avqust 2022
Mətni dəyiş

İsrail və Fələstinin "İslami Cihad" qruplaşması qarşılıqlı atəşkəs elan ediblər.

Atəşkəs rejimi avqustun 7-də yerli vaxtla saat 23:30-da qüvvəyə minib.

“The Jerusalem Post” yazır ki, atəşkəsin qüvvəyə minməsindən 8 dəqiqə sonra Qəzza zolağından İsrailin cənubuna yenidən raketlər atılıb. Bundan sonra atəşlər dayanıb, gecə hər iki tərəfdən heç bir aktiv hərəkət olmadan keçib.

"İslami Cihad"ın baş katibi Ziyad ən-Nəxali deyib ki, barışıq üçün şərt qruplaşmanın iki üzvünün İsrail həbsxanalarından azad edilməsidir. O bildirib ki, İsrail razılaşmanın bir hissəsini tezliklə yerinə yetirməsə, atəşlər davam edəcək.

İsrail avqustun 5-dən Qəzzada “Sübh əməliyyatı” həyata keçirir və bu əməliyyatın məqsədi "İslami Cihad" liderlərini öldürmək idi. Ümumilikdə, İsrailin sektora endirdiyi zərbələr nəticəsində 41 nəfər ölüb, 300-dən çox insan yaralanıb. İsrail hakimiyyətinin məlumatına görə, "ölənlər arasında yüksək rütbəli yaraqlılar da daxil olmaqla 15 terrorçu var".

"İslami Cihad" yaraqlıları üç gün ərzində İsrailə minə yaxın raket atıblar. Onların əksəriyyəti Dəmir Günbəz sistemi tərəfindən vurulub; İsrail sakinlərindən heç biri zərər görməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun