Bayden Qorbaçovu dünyanı daha təhlükəsiz edən “nadir lider” adlandırıb

Bayden Qorbaçovu dünyanı daha təhlükəsiz edən “nadir lider” adlandırıb
31 Avqust 2022
Mətni dəyiş

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı dünyasını dəyişən keçmiş SSRİ prezidenti Mixail Qorbaçovu dünyanı daha təhlükəsiz edən “nadir lider” adlandırıb.

“Mixail Qorbaçov gözəl dünyagörüşlü insan idi. O, fərqli bir gələcəyin mümkün olduğunu görən nadir keyfiyyətə malik idi və bunu əldə etmək üçün karyerasını riskə atmaqdan qorxmadı”, - Bayden bildirib.

“Nəticədə dünya daha təhlükəsiz, milyonlarla insan isə azad oldu.

O, hakimiyyətə gələndə 40 ilə yaxın idi ki, soyuq müharibə davam edirdi. Bir neçə yüksək rütbəli sovet məmuru bütün bunların dəyişdirilməsinə ehtiyac olduğunu etiraf etməyə cəsarət göstərdi. Mən o zaman Senatın Xarici Əlaqələr komitəsinin üzvü kimi Gorbaçovun  bunu necə etməyə çalışdığını gördüm”, - deyə Bayden bildirib.

Bayden həmçinin xatırladıb ki, Qorbaçov prezident Reyqanla iki ölkənin nüvə arsenalını azaltmaq və nüvə silahı yarışına son qoymaq üçün çalışıb.

“Ölkədə onilliklər ərzində amansız siyasi repressiyalardan sonra Qorbaçov demokratik islahatlara başladı. O, aşkarlıq və yenidənqurmanı təkcə şüarlar kimi deyil, Sovet İttifaqı xalqlarının uzun illər təcrid və məhrumiyyətlərdən sonra irəliləyiş yolu kimi görürdü”.

Vəzifədən getdikdən sonra da Qorbaçov işləyirdi. “Cənab Qorbaçov 2009-cu ildə Ağ Evə səfər edəndə biz onunla ölkələrimizin nüvə ehtiyatlarının azaldılması istiqamətində gördüyü işlərdən danışdıq. Onu bütün dünyada niyə belə yüksək qiymətləndirildiyini başa düşmək çətin deyil.

Biz onun ailəsinə və dostlarına, daha yaxşı dünyadan bəhrələnən bütün insanlarala birgə dərin hüznlə başsağlığı veririk”, - deyə Bayden bildirib. 

(Turan)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun