Azərbaycan mövqelərinin atəşə tutulduğunu deyir, Ermənistan təkzib edir

Azərbaycan mövqelərinin atəşə tutulduğunu deyir, Ermənistan təkzib edir
5 Avqust 2022
Mətni dəyiş

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan mövqeləri ümumilikdə 12 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər doqquz hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Azərbaycanın şəxsi heyət və texnikasında itki yoxdur.

Nazirlikdən əlavə edilib ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin mövqelərinin atəşə tutulması ilə bağlı xəbərlərini təkzib edərək, bu cür məlumatları dezinformasiya adlandırıb.

“Azərbaycan Müdafiə Nazirliyi dezinformasiya yaymaqda davam edir və bildirir ki, son günlər Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin bir sıra istiqamətlərində yerləşən Azərbaycan mövqelərini atəşə tutur.

Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir və Ermənistan Respublikası Silahlı Qüvvələrinin tam nəzarəti altındadır”, - Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun